EN

Lənkəranda tullantıların idarə olunmasına xidmət edən infrastruktur yaradılacaq

BAKI, 20 may. TELEQRAF

Lənkəranda bərk məişət tullantılarının idarə olunmasına xidmət edən infrastrukturun yaradılması planlaşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Xarici maliyyə institutları və investisiya fondları ilə iş üzrə departamentində Beynəlxalq investisiya fondları və donorlarla əməkdaşlıq şöbəsinin müdiri Günel Quliyeva WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Plastik çirklənməsi ilə mübarizə: Yaşamaq üçün əlverişli şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi" adlı tədbirdə deyib.

O bildirib ki, dövlət-özəl tərəfdaşlığı çərçivəsində iki mühüm layihənin icrası planlaşdırılır:

"Layihələrdən biri çirkab suların təmizlənməsi, digəri isə Lənkəranda bərk məişət tullantılarının idarə olunmasına xidmət edən infrastrukturun yaradılması ilə bağlıdır. Bu istiqamətdə İqtisadiyyat Nazirliyi digər qurumlar ilə birgə əməkdaşlıq edir.

Layihələrin icrası və ərsəyə gəlməsi istiqamətində hazırlıq prosesi davam edir. Dövlət büdcəsinə mədaxil olduğu dövrlərdə xüsusilə beynəlxalq maliyyə institutları ilə və dövlət-özəl tərəfdaşlığı çərçivəsində özəl sektorla əməkdaşlıq özəl sektorun cəlbinə, əməkdaşlığın inkişafına öz töhfəsini verəcək".

Chosen
30
teleqraf.com

1Sources