EN

Boriy Alıxanov: Dağ yaşayış məntəqələrinin inkişafı mühüm istiqamətlərdən biridir

Bakı, 20 may, AZƏRTAC

Dağ yaşayış məntəqələrinin davamlı inkişafı ekoloji təhlükəsizliyin təmin olunması, yaşıl iqtisadiyyatın genişləndirilməsi və sosial rifahın yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının komitə üzvü Boriy Alıxanov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Dağ yaşayış məntəqələrinin davamlı inkişafı” mövzusunda tədbirdə çıxışı zamanı səsləndirib.

O bildirib ki, Özbəkistanda ekoloji qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılır, yeni ekoloji düşüncə formalaşdırılır və əhalinin ekoloji mədəniyyətinin yüksəldilməsi istiqamətində geniş iş aparılır.

“2030-cu ilədək yaşıl iqtisadiyyata keçid strategiyası və “Özbəkistan – 2030” proqramı bu istiqamətdə əsas inkişaf sənədlərdir. 2023-cü ilin sentyabrında qəbul edilən və 2026-cı ilədək təkmilləşdirilməsi nəzərdə tutulan proqram yoxsulluğun iki dəfə azaldılması, iqtisadiyyatın rəqəmsallaşdırılması, dayanıqlı inkişafın təmin edilməsi, iqlim dəyişiklikləri və su çatışmazlığı ilə mübarizəni əhatə edir”, – deyə o bildirib.

Müxbir - Səbinə Əlizadə
Chosen
34
1
azertag.az

1Sources