BAKI, 20 may. TELEQRAF
BMT Türkmənistanda dayanıqlı, təhlükəsiz və müasir şəhər inkişafı modelinin təşviqi istiqamətində hökumətlə əməkdaşlığı davam etdirir.
Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Türkmənistandakı Rezident Əlaqələndiricisinin Ofisinin İnkişaf üzrə əlaqələndirmə mütəxəssisi Maksat Keshiyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində bildirib.
O qeyd edib ki, BMT Türkmənistanda şəhərsalma siyasətinin Dayanıqlı İnkişaf Məqsədlərinə və Yeni Urbanizasiya Gündəliyinə uyğunlaşdırılmasına dəstək verir:
“Aşqabad və Arkadağ şəhərlərində həyata keçirilən layihələr dayanıqlı nəqliyyat, su idarəçiliyi və ağıllı şəhər həllərinin tətbiqi baxımından mühüm imkanlar yaradır”.
O əlavə edib ki, Türkmənistanda UN-Habitat-ın ölkə ofisinin yaradılması və ölkə proqramının hazırlanması prosesi davam edir.