EN

Tehran: Müharibə regiondan kənara yayıla bilər

ain.az, Turkstan.az portalına istinadən məlumat verir.

ABŞ-ın təhdidlərindən sonra İran İnqilab Keşikçiləri Korpusu mümkün müharibə ehtimalı ilə bağlı sərt bəyanat yayıb.

Turkustan.az xəbər verir ki, qurum xəbərdarlıq edib ki, “düşmən hücumları təkrarlanarsa, müharibə regionun hüdudlarını aşacaq”.

Yarırrəsmi Fars Xəbər Agentliyinin yaydığı məlumata görə, İnqilab Keşikçiləri Korpusu mümkün hərbi qarşıdurma ilə bağlı açıqlama verib.

Bəyanatda qeyd olunub ki, İran ABŞ və İsrailin hücumlarına qarşı hələ bütün hərbi imkanlarından istifadə etməyib. Açıqlamada bildirilib: “Düşmən təcavüzü yenidən baş verərsə, müharibə regiondan kənara yayılacaq və sizi heç gözləmədiyiniz yerlərdə sarsıdıcı zərbələrlə məhv edəcəyik”.

İnqilab Keşikçiləri həmçinin vurğulayıb ki, “İranın gücü virtual platformalarda deyil, döyüş meydanında görünəcək”.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
24
4
icma.az

5Sources