EN

Selena Qomes açıq-saçıq səhnələri olan 4 saatlıq filmdə rol alacaq

Məşhur aktrisa və müğənni Selena Qomes karyerasının ən cəsarətli və təbəddülatlı layihələrindən birinə hazırlaşır.

Bizim.Media xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.

Məlumata görə, 33 yaşlı ulduz rejissor Bredi Korbetin yeni layihəsində çəkilə bilər. Bu ekran işi artıq indidən son dərəcə provokativ (təxribatçı) və aktrisanın indiyədək etdiyi hər şeydən "tamamilə fərqli" bir iş kimi xarakterizə olunur.
 

Bildirilir ki, Korbetin yeni filmi "X" reytinqinə (böyüklər üçün kəskin açıq-saçıq məzmun) malik olacaq və yetkin auditoriya üçün nəzərdə tutulmuş erotik səhnələrlə zəngin olacaq. Layihənin şərti adının "The Origin of the World" ("Dünyanın mənşəyi") olduğu qeyd edilir.


Bundan əvvəl "The Brutalist" filmi ilə böyük rəğbət qazanan rejissor, yeni layihə üçün əsl ulduz heyətini bir araya gətirir. Belə ki, filmdə Selena Qomeslə yanaşı, Keyt Blanşet və Maykl Fassbenderin də rol alacağı gözlənilir.

Gələcək ekran işi rejissorun ən genişmiqyaslı və qeyri-adi layihələrindən biri olmağı vəd edir. Korbetin sözlərinə görə, hekayə XIX əsrdən müasir dövrə qədər olan nəhəng bir zaman kəsiyini əhatə etsə də, əsas hadisələr 1970-ci illərdə cərəyan edəcək.

"Bu film hÉ™qiqÉ™tÉ™n dÉ™ janrların sÉ™rhÉ™dlÉ™rini aşır", — deyÉ™ rejissor bÉ™yan edib.

Ekran işinin gözlənilən xronometrajı (müddəti) da xüsusi diqqət çəkir. Rejissor etiraf edib ki, ssenari təxminən 200 səhifədən ibarətdir və filmin özü təxminən dörd saat davam edə bilər.

Selena Qomes üçün belə bir açıq-saçıq və eksperimental kinoda iştirak etmək, onun uzun illərdir daşıdığı "Disney Channel" ulduzu obrazından birdəfəlik qurtulmaq cəhdində növbəti və ən kəskin addımı ola bilər.

Bizim.Media

Chosen
59
1
bizim.media

2Sources