EN

Bakıda ata qızını yaraladı Qeyri adi səbəb

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakının Xəzər rayonunda ata qızına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ağdam rayon sakini, 1970-ci il təvəllüdlü Vəli doğma qızı Gülnara (adlar şərtidir – red.) ilə mübahisə edib.Bu zaman Gülnar atası ilə kobud danışması səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən şillə bir dəfə onun üz, bir dəfə isə mətbəxdən götürdüyü kəsici alətlə ayaq nahiyələrindən vurub. Vəlinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkmiş ona qarşı şikayətini geri götürüb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət təqibinə xitam verilib.Fariz Məlikli

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
43
demokrat.az

1Sources