EN

Dünyada elektromobillərin satışı kəskin artdı - SƏBƏB

İran ətrafında yaşanan gərginlik və bunun fonunda yanacaq qiymətlərinin yüksəlməsi dünya miqyasında elektromobillərə olan tələbatı sürətləndirib.

Bizim.Media xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti Beynəlxalq Enerji Agentliyinin (BEA) proqnozlarına istinadən məlumat yayıb.
 

Agentliyin qiymətləndirməsinə görə, 2026-cı ilin yekunlarına əsasən, elektromobillər və hibrid avtomobillər qlobal avtomobil bazarının təxminən 30%-nə nəşarət edəcək. Cari ildə bu növ nəqliyyat vasitələrinin satış həcminin 23 milyon ədədə çatacağı gözlənilir (müqayisə üçün: 2025-ci ildə bu göstərici 20 milyondan bir qədər çox olub).


BEA qeyd edir ki, tələbatın artmasına akkumulyatorların ucuzlaşması ilə yanaşı, İran ətrafındakı münaqişənin yaratdığı enerji böhranı fonunda istehlakçıların yanacaq xərclərini azaltmaq istəyi güclü təsir göstərir. Satış tempində ən yüksək artım dinamikası Asiya-Sakit okean regionu və Latın Amerikasında gözlənilir.

"Financial Times"ın vurğuladığına görə, Avropada elektromobil və hibridlərin satışı 2026-cı ildə təxminən 20% arta bilər ki, bununla da onların payı satılan bütün avtomobillərin üçdə birini təşkil edəcək. Qlobal elektromobil istehsalının təxminən 75%-ni təmin edən Çində isə yerli istehsalçıların qiymətləri aşağı salması və ixracı genişləndirməsi prosesi uğurla davam edir.

Bizim.Media

Chosen
14
bizim.media

1Sources