EN

Vətəndaşlara yaradılan süni maneələr: Əmlak Xidmətinin "kupça oyunu"

Sabunçu rayonu, Balaxanı qəsəbəsində reyestr rəzaləti yaşanır. Azərbaycanda illərdir həlli istiqamətində dövlət başçısı tərəfindən qətiyyətli fərman və sərəncamların imzalandığı, fərdi yaşayış evlərinin sənədləşdirilməsi (“kupça” problemi) məsələsi regional icra qurumlarının və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin süni maneələri ucbatından yenidən dalana dirənib. Dövlət başçısının vətəndaş məmnunluğu, bürokratik əngəllərin aradan qaldırılması və əmlakların leqallaşdırılması ilə bağlı apardığı humanist siyasət bəzi məmurların daxili təlimatları və ziddiyyətli qərarları ilə daban-dabana ziddiyyət təşkil edir.

Publika.az xəbər verir ki, Musavat.com-a daxil olan növbəti rəsmi sənədlər paketi Azərbaycanda mülkiyyət hüququnun necə absurd bir hüquqi kolliziyaya salındığını, vətəndaşların dövlət qurumları arasında necə çarəsiz buraxıldığını çılpaq şəkildə ortaya qoyur.

Vətəndaş Sevda Zaman qızı Hüseynovaya məxsus sənədlər əmlakın leqallaşdırılmasında yaradılan dəhşətli mənzərəni ifşa edir.

SEVDA.jpeg

Fakt 1

Chosen
6
publika.az

1Sources