“Mançester Yunayted” klubunun kapitanı Bruno Fernandeş Futbol Jurnalistləri Assosiasiyasının (FWA) versiyasına görə 2025/2026 mövsümünün ən yaxşı futbolçusu seçilib.
İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı yarımmüdafiəçi cari mövsüm 36 oyunda 8 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.
Bu, İngiltərə futbolunun ən nüfuzlu fərdi mükafatlarından biri sayılır.