EN

Emin Ağalarov ilk milyonunu necə qazandığını açıqladı: “Heç kim inanmayacaq”

ain.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xalq artisti Emin Ağalarov qazandığı ilk milyon dollardan danışıb. O, bunu bizneslə deyil, musiqidən əldə etdiyini açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, Eminin sözlərinə görə, Rusiyanın 50 şəhərində verdiyi konsertdən həmin pulu qazanıb:

“İlk milyon dollarımı qazandım. Heç kim inanmayacaq, amma bu, biznes sayəsində olmadı. İlk uğurlu konsert fəaliyyətimə başlayanda və turlara çıxanda musiqi ilə bir milyon dollar qazanmaq arzum var idi. Mənə Rusiyanın 50 şəhərini əhatə edən tur təklif olundu. Biz həmin turu başa vurduq və bu, mənim qazandığım ilk milyon dollar oldu. Toyuqlu pizza

Bu pul mənim üçün çox dəyərli idi. Çünki ilk dəfə idi ki, sevdiyim işi görərək, səhnədə çıxış edərək, musiqimi dinləyicilərimlə paylaşaraq pul qazanırdım. Yəqin ki, həyatımın ən qiymətli qazancı da elə o pullar idi. O vaxt 35 yaşım var idi”.

Əsmətxanım Rzazadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
2
1
yenisabah.az

2Sources