EN

Anar Quliyev: Baku Urban Award dünyanın müxtəlif regionlarında balanslı şəkildə formalaşdırılacaq

ain.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

WUF13 çərçivəsində təsis edilən "Baku Urban Award" dünyanın müxtəlif regionları arasında balanslı şəkildə formalaşdırılacaq.

BAKU.WS report-a istindən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13 çərçivəsində "Baku Urban Award" təşəbbüsünün təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, bu qlobal mükafatın dəyəri onun arxasındakı etibarlılıqla ölçülür:

"Baku Urban Award" memarlıq, şəhər planlaşdırılması, mənzil maliyyəsi, iqlim elmi və vətəndaş cəmiyyəti sahələrində tanınmış, beynəlxalq nüfuzlu müstəqil münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və dünyanın müxtəlif regionları arasında balanslı şəkildə formalaşdırılacaq. Tam tərkib yaxın zamanda açıqlanacaq".

O daha sonra qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) çatmaq üçün müxtəlif həllər mövcuddur:

"Onlar dünyanın müxtəlif şəhərlərində hər gün hazırlanır və tətbiq olunur. Problem ondadır ki, bu həllərin çoxu həddindən artıq yerli miqyasda qalır, kifayət qədər görünmür və paylaşılmır, həmçinin genişləndirilmir və onlardan öyrənilmir. "Bakı Şəhər Mükafatı" məhz bu boşluğu doldurmaq üçün yaradılıb. Fikrimizcə, bu mükafat üç şeyi birləşdirmək üçün nəzərdə tutulub:

Praktika - yəni merlər və peşəkarlar tərəfindən artıq tətbiq olunan real həllər;

Bilik - yəni bu həllərin niyə işlədiyini izah edən elmi və analitik sənədləşmə;

Siyasət - yəni bütün bunların hökumətlər, beynəlxalq institutlar və qlobal şəhər gündəliyi tərəfindən qəbul edilməsi".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
44
1
baku.ws

2Sources