EN

WUF13 də ahıl insanların layiqli mənzil hüququ müzakirə olunub

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 20 may, AZƏRTAC

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Housing for life: adequate housing for all older persons” mövzusunda “The Rights of Older Persons” (“Ahıl şəxslərin hüquqları”) dəyirmi masası keçirilib.

AZƏRTAC-ın xəbər verir ki, tanınmış memar və urbanist Klaudio Açiolinin moderatorluğu ilə keçirilən və Birləşmiş Millətlər Təşkilatının İnsan Məskunlaşması Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxın salamlama nitqi ilə davam edən müzakirə iştirakçıları mənzil sistemlərinin insanların həyatları boyu ləyaqətini, müstəqilliyini və təhlükəsizliyini necə dəstəkləyə biləcəyini müzakirə ediblər.

Ekspertlər, beynəlxalq təşkilatların nümayəndələri, urbanistlər və insan hüquqları müdafiəçiləri əhalinin yaşlanmasının müasir şəhərlər üçün əsas problemə çevrildiyini vurğulayıblar. Müzakirələrdə əlverişli mənzil, inklüziv şəhərsalma, infrastrukturun uyğunlaşdırılması və ahıl insanların hüquqlarının qorunması mövzuları müzakirə olunub.

İştirakçılar qeyd ediblər ki, mənzil yalnız fiziki məkan kimi deyil, həm də sosial inteqrasiyanın və həyat keyfiyyətinin təməli kimi qəbul edilməlidir. Maneəsiz mühitlərin inkişaf etdirilməsi, sosial mənzil proqramlarının genişləndirilməsi və ahıl insanlar üçün uzunmüddətli dəstək mexanizmlərinin tətbiqi zərurətinə xüsusi diqqət yetirilib.

Müzakirələrə, həmçinin dövlətlər, bələdiyyələr və vətəndaş cəmiyyəti arasında daha sıx əməkdaşlıq çağırışları da daxil idi. Natiqlərin fikrincə, yalnız hərtərəfli yanaşma yaşından asılı olmayaraq, insanların müstəqilliyini qoruyub saxlaya və ictimai həyatda fəal iştirak edə biləcəyi şəhərlər yaradacaq.

Müxbir – Vüqar Seyidov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
31
1
azertag.az

2Sources