EN

İrşad Electronics”dən “Samsung” telefonu alan qadın MƏHKƏMƏDƏ

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

“İrşad-Electronics” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) daha bir müştərisinə qarşı iddia qaldırıb.Demokrat.az-ın Yurd.Media-ya istinadən məlumatına görə, şirkət bununla bağlı Ağdam Rayon Məhkəməsinə müraciət edərək müştərisi Xatirə Quliyevadan 1358 manat əsas, 204 manat cərimə olmaqla cəmi 1562 manat borc və 36 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edib.Belə ki, “İrşad-Electronics” müştərisinə 2053 manata “Samsung S921” markalı telefon kreditə verib, borclu qadın isə qalan 1358 manat borcunu ödəməyib.Məhkəmə şirkətin tələbindən 204 manat cəriməni 10 manata salaraq iddianı təmin edib. İddianın cərimə borcu tələbinin qalan 194 manat hissəsi rədd edilib.Qeyd edək ki, “İrşad-Electronics” bundan əvvəl Şəki və Şəmkir rayon məhkəmələrində, həmçinin Bakının Nizami Rayon Məhkəməsində müştərilərinə qarşı iddia qaldırmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
22
demokrat.az

1Sources