EN

SEPAH: “Müharibə Yaxın Şərqdən kənara çıxacaq”

Ayna saytından verilən məlumata görə, ain.az xəbər verir.

"İrana qarşı təcavüz təkrarlanarsa, xəbərdarlıq edilən regional müharibə bu dəfə bölgədən çox kənara çıxacaq”

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrailin İslam Respublikasına yenidən hücum edəcəyi təqdirdə müharibə zonasının Yaxın Şərqdən çox kənara çıxacağını bəyan edib.

AYNA.AZ “Fars” xəbər agentliyinə istinadən bildirir ki, sEPAH-ın bəyanatında qeyd olunub: "İrana qarşı təcavüz təkrarlanarsa, xəbərdarlıq edilən regional müharibə bu dəfə bölgədən çox kənara çıxacaq və təsəvvür edə bilməyəcəyiniz yerlərdə sarsıdıcı zərbələrimiz sizə sarsıdıcı məğlubiyyət gətirəcək".

SEPAH əvvəlki silahlı toqquşmalar zamanı İran Silahlı Qüvvələrinin tam potensialından istifadə etmədiyini vurğulayıb.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Tehranla nüvə silahından imtina etməyi təmin edəcək bir razılaşma əldə etməyin mümkün olduğuna inanan Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-nin xahişi ilə 19 mayda İrana planlaşdırılan ABŞ hücumunu ləğv etdiyini açıqlayıb. Öz növbəsində, İran Xarici İşlər Nazirliyinin sözçüsü İqmayıl Beqai İslam Respublikasının Silahlı Qüvvələrinin istənilən ssenariyə hazır olduğunu və düşmənə "yeni sürprizlər" təqdim etmək əzmində olduğunu bəyan edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
27
ayna.az

1Sources