EN

Ebola qızdırmasının simptomları: qızdırma, damaq və burunda qanamalar...

Ebola epidemiyası yüksək hərarət, halsızlıq və əzələ ağrıları ilə başlayır.

Qaziler.az xəbər verir ki, bu barədə "Lenta.ru"ya həkim-epidemioloq, Rusiya Elmlər Akademiyasının (REA) akademiki Gennadi Onişşenko danışıb.

O qeyd edib ki, sonradan simptomlar daha da ciddiləşir.

Mütəxəssis izah edib ki, epidemiyaya yoluxanların təxminən yarısı hemorragik səpkilərdən, həmçinin damaq və burun qanamalarından əziyyət çəkir. O, xəstəliyin inkubasiya dövrünün 2 gündən 21 günədək davam edə biləcəyini xatırladıb.

Onişşenko xəstəliyin təbii ocaqları olan Qərbi Afrika ölkələrinə səyahətlərdən çəkinməyə çağırıb.

Onun sözlərinə görə, infeksiyanı ölkəyə gətirməyin ən asan yolu turist uçuşlarıdır.

QAZİLER.AZ

Chosen
15
qaziler.az

1Sources