Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.
Azərbaycan vətəndaşlarının və Azərbaycana vizasız gəlmə hüququ olan bütün xarici ölkə vətəndaşlarının Azərbaycan ilə Gürcüstan arasında 25 may saat 00:00-dan dəmiryol nəqliyyatı vasitəsilə giriş-çıxışına icazə verilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Bu marşrut üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan yataq tipli vaqonlardan ibarət müasir qatarlar hərəkət edəcək.
Bakı-Tbilisi-Bakı marşrutu üzrə hərəkət edəcək qatarlarda gedişhaqqı 81 manat təşkil edəcək. Bəs qatarda plaskart, SV və kupenin qiyməti neçədir? Həmin 81 manata menyu da daxildirmi?
Məsələ ilə bağlı Azərbaycan Dəmir Yollarından "Cebheinfo.az"-a bildirilib ki, bu qatarlar komfort sinfə aiddir:
"Yeni qatarlarda plaskart yoxdur. Xidmətlər haqqında əlavə məlumat veriləcək".
Nigar
"Cebheinfo.az
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.