7News.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukraynada artıq dördüncü ildir davam edən müharibənin hər keçən gün daha ölümcül xarakter aldığını bəyan edərək, Ukrayna ilə Rusiya arasında müharibəyə son qoymaq üçün daha gecikmədən danışıqları bərpa etməyə çağırıb.