ain.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Əfqanıstanın cənubundakı Helmand vilayətində partlamamış sursatın partlaması nəticəsində iki uşaq həyatını itirib, anaları isə ağır yaralanıb.
BAKU.WS xəbər verir ki, bu barədə vilayət polisinin sözçüsü Nasir Əhməd Muhacir məlumat verib.
Bildirilib ki, hadisə Hanşin rayonunda baş verib. İki uşağın oyuncaq hesab etdikləri partlayıcını ocağa atması nəticəsində güclü partlayış olub.
Nəticədə uşaqlar hadisə yerində ölüb, onların anası isə ağır xəsarət alıb.
Polis yerli sakinlərə şübhəli əşyalar gördükləri halda dərhal hüquq-mühafizə orqanlarına məlumat vermələri ilə bağlı çağırış edib.
Qeyd edək ki, Əfqanıstan uzun illər davam edən müharibələr səbəbindən dünyada mina və partlamamış sursatların ən çox yayıldığı ölkələrdən biri hesab olunur.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.