EN

Ukrayna Amerika silahları olmadan yaşaya bilməz NATO nun baş katibi

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

NATO-nun baş katibi Mark Rutte Ukraynanın ABŞ silah təchizatı olmadan müdafiəsini davam etdirməsinin mümkün olmadığını bildirib.

Redaktor.az xəbər verir ki, Rutte bu barədə Brüsseldə keçirilən mətbuat konfransında danışıb.

O qeyd edib ki, Ukraynaya dəstəyin davam etdirilməsi üçün NATO üzv ölkələrinin daha fəal mövqe sərgiləməsi vacibdir.

Baş katib Avropa ölkələrinə Ukraynaya yardım məqsədilə ÜDM-in 0,25 faizini ayırmağı təklif etdiyini də xatırladıb.

“Bəzən cəsarətli təkliflər qəbul edilmir. Düşünmürəm ki, bu təklif rədd edilsin”, - deyə Rutte bildirib.

Onun sözlərinə görə, Ukrayna xüsusilə raketdən müdafiə sistemləri daxil olmaqla, ABŞ silahlarının davamlı axını olmadan yaşaya bilməz.

Rutte əlavə edib ki, müttəfiqlər yükün necə bölüşdürülməsi məsələsində bir-birlərinə qarşı dürüst olmalıdırlar.

NATO baş katibi Rusiyanın Baltikyanı ölkələrlə bağlı iddialarını da “absurd” adlandırıb.

Yaxın Şərqdəki vəziyyətə toxunan Rutte İranı Hörmüz boğazında normal gəmiçiliyi pozmaqda ittiham edib və bəzi NATO ölkələrinin gəmiçilik azadlığını qorumaq üçün birgə planlar hazırladığını bildirib.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
3
1
redaktor.az

2Sources