EN

Sevgilisini boğub öldürdü, meyiti beton blokla çaya ATDI

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Rusiyada 42 yaşlı qadının meyiti aylar sonra çay kənarında tapılıb.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

İstintaqın məlumatına görə, 54 yaşlı kişi sevgilisi olan qadını qısqanclıq zəminində qətlə yetirməkdə şübhəli bilinir.

Məlumata əsasən, tərəflər avtomobildə görüşüblər. Aralarında yaranan mübahisə zamanı kişi qadını boğaraq öldürüb. Daha sonra meyiti metal zəncirlə beton blokuna bağlayaraq çaya atıb.

Şübhəli şəxs saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırma davam etdirilir.

NURİYYƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
33
1
redaktor.az

2Sources