ain.az, Milli.az portalına istinadən məlumat verir.
Xalq artisti Könül Xasıyeva efirdə etdiyi açıqlama ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, xanəndə adından istifadə edərək pul qazanan şəxslərdən danışıb və illər əvvəl yaşadığı problemləri dilə gətirib.
Xasıyeva bildirib ki, əvvəllər telefon zənglərinə özü cavab vermədiyi üçün bəzi insanlar bundan sui-istifadə edib:
"Əvvəllər telefonuma özüm cavab vermirdim. Çox zənglər olurdu. Adımdan danışıb pullar qazanıblar".
Sənətçi qeyd edib ki, zaman keçdikcə həmin şəxsləri ətrafından uzaqlaşdırıb:
"Mən də o insanları zamanla ətrafımdan təmizləmişəm. Eşitdikcə onları həyatımdan uzaqlaşdırmışam".
Xalq artisti hazırda bütün işlərini daha diqqətlə idarə etdiyini də vurğulayıb. O bildirib ki, indi telefon zənglərinə şəxsən özü cavab verir:
"İndi zənglərə də özüm baxıram".
Könül Xasıyeva konsert fəaliyyəti ilə bağlı da maraqlı məqama toxunub. Xanəndə çıxışlarından əvvəl ansambl üzvlərinin qonorarını öncədən ödədiyini açıqlayıb:
"Konsertlərimdə bütün ansamblın pulunu əvvəldən verirəm".
Sənətçinin bu etirafı sosial şəbəkələrdə maraqla qarşılanıb.
Musa
Milli.Az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.