EN

Nazir müavini: Son 10 il ərzində ölkəmizdə daşqın hadisələri 18 dəfədən çox artıb

Azərbaycanın şəhər və icmaları bir sıra ekoloji problemlər və iqlimlə bağlı təhlükələrlə üzləşib. Ölkəmizin ilkin Milli Adaptasiya Planında əks olunan Azərbaycan üçün həssaslıq indeksinin qiymətləndirilməsinə görə, son 10 il ərzində daşqın hadisələri 18 dəfədən çox artıb.

 

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində keçirilən “İqlim cəbhələrindən hekayələr” mövzusunda tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.

 

O qeyd edib ki, Azərbaycanda quraqlıq dövrünün müddəti 18 faiz, temperaturun 35 dərəcədən yuxarı olduğu günlərin və leysan yağışlarının sayı isə 6 dəfə artıb. “Ölkəyə daxil olan suyun miqdarı 30 faiz azalıb. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi isə digər bir mürəkkəb problemdir. Buna baxmayaraq, bu ekoloji böhran qlobal miqyasda ehtiyac duyduğu diqqəti hələ də görməyib”, - deyə Umayra Tağıyeva bildirib.

Tarix: 20 May 2026, 16:35   
Chosen
38
pravda.az

1Sources