EN

Qorxunc fəlakətin içindən həyat doğdu: 20 minə yaxın vəhşi heyvan göründü

Sherg.az saytına istinadən ain.az xəbər verir.

Böyük fəlakətdən sonra insanların tamamilə tərk etdiyi Çernobıl bölgəsində vəhşi təbiətin geri qayıtması ilə bağlı yeni elmi nəticələr əldə olunub.

– Çernobildə 13 vəhşi növ yenidən qeydə alındı

Sherg.az xəbər verir ki, 1986-cı ildə baş vermiş Çernobıl AES qəzasından sonra yaradılan təxminən 30 kilometrlik qadağan zonası bu gün də dünyanın ən radioaktiv ərazilərindən biri hesab olunur. Lakin alimlərin bildirdiyinə görə, bu ərazi insan həyatı üçün faciə simvolu olsa da, vəhşi təbiət üçün gözlənilməz sığınacağa çevrilib.

Almaniyanın Frayburq Universitetinin rəhbərliyi ilə aparılan araşdırmada 2020–2021-ci illərdə Ukraynanın şimalında təxminən 60 min kvadratkilometrlik əraziyə kamera tələləri quraşdırılıb və bölgə müşahidə edilib.

Araşdırma nəticəsində qırmızı maral, cüyür, qonur ayı, canavar, Avropa vaşakı, çöl donuzu və Prjevalski atı daxil olmaqla 13 müxtəlif vəhşi növ qeydə alınıb.

Qeydlərə əsasən, ümumilikdə 31 min 200 heyvan görüntüsünün təxminən 20 mininin birbaşa Çernobıl qadağan zonasından əldə olunması diqqət çəkib.

Alimlər bildiriblər ki, xüsusilə böyük məməlilər insan fəaliyyətinə həssasdır və bölgədə insan müdaxiləsi artdıqca vəhşi heyvanların sayı azalır.

Tədqiqatda radiasiyanın təsirindən çox, insan təzyiqinin azalmasının ekosistemə təsiri araşdırılıb. Nəticələr göstərib ki, insan müdaxiləsinin azaldığı ərazilərdə təbiət özünü bərpa etməyə başlayır.

Alimlər həmçinin qeyd ediblər ki, bu vəziyyət böyük heyvan populyasiyalarının qorunması üçün geniş və fasiləsiz təbiət zonalarının vacibliyini bir daha göstərir.

Eyni zamanda, 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi səbəbindən bölgəyə girişin çətinləşdiyi və gələcək tədqiqatların məhdud ola biləcəyi də vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
14
sherg.az

1Sources