EN

WUF13 çərçivəsində Bakıda olan dünya liderləri və yüksək səviyyəli rəsmilər İçərişəhəri ziyarət ediblər - FOTO

BMT-nin Ümumdünya Şəhərsalma Forumu (#WUF13) çərçivəsində ölkəmiz dünyanın aparıcı şəhərsalma, urbanizasiya və dayanıqlı inkişaf platformalarından birinə çevrilib. Qlobal əhəmiyyət daşıyan bu forum müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrini, beynəlxalq təşkilat rəhbərlərini və şəhər idarəçiliyi üzrə ekspertləri bir araya gətirərək gələcəyin şəhərləri, mədəni irsin qorunması və innovativ urban həllərlə bağlı mühüm müzakirələrə ev sahibliyi edir.

Bu barədə Day.Az-a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən bildirilib.

Forum çərçivəsində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Azərbaycanın zəngin tarixi-mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına, ölkənin qədim şəhərsalma ənənələrinin təqdimatında və mədəni irsin qorunması sahəsində həyata keçirilən idarəetmə modelinin dünya ictimaiyyətinə çatdırılmasına mühüm töhfə verib.

Bu çərçivədə İçərişəhəri Bosniya və Herseqovinanın Nazirlər Şurasının sədr müavini, xarici ticarət və iqtisadi əlaqələr naziri Staşa Koşaraç, Mavriki Respublikasının Prezidenti Daramber Qoxul, Fələstin Administrasiyasının Yerli İdarəetmə Naziri Sami Hijjawi, Fələstin Administrasiyasının Bələdiyyələrin İnkişafı və Kreditləşməsi Fondunun Baş direktoru Mohammad Ramahi, Keniya Respublikasının birinci xanımı Reyçel Ruto, UNESCO-nun Baş direktorunun mədəniyyət üzrə müavini vəzifəsini icra edən, Dünya İrs Mərkəzinin direktoru Lazare Eloundou Assomo, həmçinin Kamboca Krallığının Baş nazirinin müavini, Torpaq İdarəetməsi naziri Say Sam Al və digər rəsmi nümayəndələr ziyarət ediblər.

Qonaqlara İçərişəhərin UNESCO-nun Dünya İrs siyahısındakı yeri, tarixi-mədəni irsin qorunması istiqamətində həyata keçirilən layihələr, "living heritage" - yaşayan irs modeli əsasında idarəetmə yanaşması, müasir şəhərsalma prinsipləri, rəqəmsal həllər və dayanıqlı inkişaf istiqamətində görülən işlər barədə ətraflı məlumat təqdim olunub.

Nümayəndə heyətləri Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı dini-memarlıq kompleksi, Buxara karvansarası, Numizmatika Muzeyi, Miniatür Sənət Muzeyi, İnformasiya Mərkəzi, Bakı Xanlarının Evi və Bağı, eləcə də digər tarixi-mədəni məkanlarla yaxından tanış olublar.

  • WUF13
  • WUF13
  • WUF13
  • WUF13
  • WUF13
  • WUF13
  • WUF13
  • WUF13
  • WUF13
  • WUF13
  • WUF13
  • WUF13
  • WUF13
  • WUF13
  • WUF13
  • WUF13
  • WUF13
  • WUF13
  • WUF13
  • WUF13
  • WUF13
  • WUF13
  • WUF13
  • WUF13
Chosen
1
3
day.az

4Sources