Respublika Qan Bankının icraçı direktorunun müavini Kamran Rəhimov isə “Azərsun Holdinq”ə bu istiqamətdə atılan addımlara, təşkil edilən qanvermə aksiyalarına görə minnətdarlığını qeyd edib. Toplanan qan Respublika Qan Bankının Klinik Diaqnostik Laboratoriyasında analiz edildikdən sonra talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsində istifadə ediləcək. Layihə çərçivəsində ötən illər ərzində “Azərsun” əməkdaşları tərəfindən ümumilikdə 1000 litrdən artıq qan təhvil verilib ki, bu da yüzlərlə insanın həyatının xilas edilməsinə töhfə olub.
