EN

Həsən Suvar: Düzgün olmayan utilizasiya iqlim dəyişikliyinə gətirib çıxarır

BAKI, 20 may. TELEQRAF

Bizim problemimiz təkcə ətraf-mühit problemi deyil, həm də ciddi iqlim problemidir.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi nazirinin müavini Həsən Suvar Bakıda keçirilən WUF13 çərçivəsində təşkil edilən "Tullantıların idarə edilməsinin dairəvi iqtisadiyyata doğru irəlilədilməsi" tədbirində dəyirmi masada çıxışı zamanı deyib.

O bildirib ki, vaxtında toplanmayan tullantılar və düzgün olmayan utilizasiya iqlim dəyişikliyinə gətirib çıxarır.

"Xüsusilə, həssas şəhərlər bundan daha çox təsirlənir. Türkiyə olaraq biz tullantıların iyerarxiyasını əsas tuturuq. Əsas məqsədimiz 0 tullantı yanaşması ilə utilizasiya etməkdir, onları mənbəyində çeşidləyib təkrar emal etməkdir. 0 tullantı siyasəti Türkiyədə bir çox ərazidə həyata keçirilib. Bunun üçün tədris və maarifləndirmə sessiyaları həyata keçirilir. Buna görə 28 min insan təlimat keçib. 2025-ci ildə tullantıların düzgün utilizasiyası 34.9%-i keçib", - o vurğulayıb.

Chosen
37
teleqraf.com

1Sources