
İranın xarici işlər naziri Abbas Əraqçi də 26 mayda Nyu-Yorkda keçiriləcək BMT Təhlükəsizlik Şurasının iclasına dəvət olunub.
Yeniavaz.com ISNA-ya istinadla xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi bildirib.
O qeyd edib ki, iclas sülh və təhlükəsizlik məsələlərinə həsr olunub:
“Çinin BMT Təhlükəsizlik Şurasına rotasiya qaydasında sədrliyi və Pekinin xarici işlər nazirlərinin xüsusi görüşünü keçirmək planları nəzərə alınmaqla, ölkəmizin xarici işlər naziri də sözügedən iclasa dəvət alıb”.