EN

Macarıstan Baş naziri Zelenski ilə Zakarpatiyada görüşə bilər

ain.az bildirir, Bizimyol portalına istinadən.

Macarıstan Baş naziri Peter Madyar Ukrayna ilə Macarıstan arasındakı danışıqlar başa çatdıqdan sonra Ukrayna Prezidenti Vladimir Zelenskini Zakarpatiya vilayətinin Bereqovo şəhərində qəbul edə biləcəyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Madyar Polşa Baş naziri Donald Tusk ilə birgə mətbuat konfransında bildirib.

Baş nazir deyib ki, “Tisa” partiyasının hökumət qurması Ukrayna-Macarıstan münasibətlərində yeni imkanlar açır. O, Macarıstan azlığının hüquqlarının, xüsusən dil hüquqlarının, Avropa İttifaqındakı digər ölkələrdə olduğu kimi təmin edilməsi üçün texniki məsləhətləşmələrin başladığını qeyd edib.

Baş nazir əlavə edib ki, Ukraynanın Avropa İttifaqına üzvlük danışıqlarında ilk klasterin açılması Macarıstan azlığının Zakarpatiyada hüquqları həll edildikdən sonra mümkün olacaq. Məqsəd həmçinin texniki mərhələdə danışıqları sürətləndirərək Macarıstan azlığının problemlərinə tez bir zamanda həll tapmaqdır.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
25
icma.az

1Sources