EN

"Vilyarreal" ilə 15 illik əməkdaşlıq başa çatır - RƏSMİ

"Vilyarreal" müdafiəçisi Alfonso Pedrasa cari mövsümün sonunda klubdan ayrılacaq.

Fanat.Az xəbər verir ki, "sarı sualtı qayıq" rəsmi saytı vasitəsi ilə 15 il komandada olan arxa xətt oyunçusu ilə əməkdaşlığa son qoyulacağını bildirib.

Alfonsoya ənənəvi qaydada uğurlar arzulayıb.

Pedrasa "Vilyarreal"ın əsas komandasının heyətində 234 matça çıxıb. O, 2021-ci ildə UEFA Avropa Liqasının qalibi olub.

Cari mövsüm 34 oyunda iştirak edən 30 yaşlı futbolçu 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Toğrul

Chosen
38
1
fanat.az

2Sources