Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Abşeron rayonu, Saray qəsəbəsində qayda pozan piyada polis əməkdaşları tərəfindən saxlanılıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə ərazidən keçən sürücülərdən biri tərəfindən lentə alınıb. Kadrlardan görünür ki, piyada yerüstü piyada keçidinə yaxın ərazidə yolu müəyyən olunmamış yerdən keçərək qaydaları pozub. Bu zaman ərazidə xidmət aparan yol polisi əməkdaşları tərəfindən saxlanılıb və ona inzibati protokol tərtib edilib.
Sürücü polisin operativ reaksiyasını müsbət qiymətləndirib və qayda pozan piyadaları qınayıb. O bildirib ki, yolu müəyyən olunmamış yerdən keçən piyadalar həm öz həyatlarını, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini riskə atır.
Daha sonra eynisəviyyəli piyada keçidinə yaxınlaşan sürücü dayanaraq keçiddən keçən piyadalara yol verib və bu halda həmişə piyadalara üstünlük verilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, yol hərəkəti qaydalarına əsasən piyadalar yalnız müəyyən olunmuş keçidlərdən istifadə etməli, yolun hərəkət hissəsinə qəfil çıxmamalıdırlar. Bu qaydalara əməl olunmaması həm piyadalar, həm də sürücülər üçün ciddi qəza riski yaradır.
Nərmin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.