EN

Hoteldə 34 minlik “Rolex” markalı saat oğurlandı

Hoteldə

İlhamə

Müəllif

İlhamə Vəliqızı

Nərimanov Rayon Məhkəməsində oğurluqda təqsirləndirilən Təranə Əmirzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.Ulusum.az xəbər verir ki, hakim Ceyhun Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Məhkəmənin hökmü ilə o, 1 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.İttihama əsasən, Təranə Əmirzadə Bakı şəhərində yerləşən hotellərdən birində tanışı ilə görüş zamanı sonuncuya məxsus yüksək dəyərli qol saatını gizli şəkildə ələ keçirərək zərərçəkmiş Mahir Məmmədova (adı, soyadı şərtidir) xeyli miqdarda maddi ziyan vurub.İstintaq materiallarına görə, hadisə 2025-ci ildə gecə saat 04 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsində yerləşən “Monte Napoleone” hotelində baş verib.Belə ki, təqsirləndirilən şəxs tanışı olan zərərçəkmiş Mahir Məmmədovla birlikdə hotelin otağında olarkən kişinin yatmış vəziyyətdə olmasından istifadə edib. Zərərçəkmiş şəxs həmin vaxt otaqda yerləşən dolabın üzərinə yüksək dəyərə malik “Rolex” markalı qol saatını qoyub. Təranə özgənin əmlakını gizli yolla talamaq niyyəti ilə hərəkət edərək zərərçəkmişə məxsus saatı götürüb və hadisə yerini tərk edib.Cinayət işi materiallarında göstərilib ki, oğurlanan “Rolex” markalı qol saatının dəyəri Mahirin qiymətləndirməsinə əsasən hadisə gününün məzənnəsi ilə 20 000 ABŞ dolları, yəni təxminən 34 000 manat təşkil edib.Təqsirləndirilən şəxsin həmin əməli nəticəsində zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurulub.

Diqqət Çəkənlər

Novxanıda hoteldə güclü yanğın başlayıb FOTO

Türkiyə Bakı Koalisiyasını iqlim dialoqu üçün daimi platformaya çevirməyi müdafiə edir

Tailand turistlər üçün vizasız qalma müddətini azaldır

Chosen
23
ulusum.az

1Sources