"Bugünkü tədbirdə keçirilən müzakirələrdə də birmənalı olaraq qeyd edildi ki, şəhərsalma siyasəti ilə miqrasiya siyasəti bir-birini tamamlamalıdır. Təbii ki, miqrasiya proseslərinin ən çox təzahür etdiyi məkanlar şəhərlərdir və miqrasiyanın müsbət təsirləri də ancaq doğru şəhər idarəetməsi sayəsində əldə edilə bilər. Bu baxımdan müzakirələr çox səmərəli keçirildi"