EN

Fərid Şəfiyev: Azərbaycanın bərpa təcrübəsi beynəlxalq ekspertlərlə bölüşülür və vacib nümunədir

Bakı, 20 may, AZƏRTAC

Son illər ərzində ölkəmizdə genişmiqyaslı beynəlxalq forumlar təşkil olunur. Bu cür tədbirlər Azərbaycanın maraqlarına uyğun məsələlərin beynəlxalq gündəmə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O diqqətə çatdırıb ki, mərkəzin fəaliyyət istiqamətləri əsasən təhlükəsizlik və siyasi məsələləri əhatə edir. Xüsusilə vurğulanıb ki, Azərbaycanın azad olunmuş ərazilərində işğal dövründə baş verən hadisələrin beynəlxalq ictimaiyyətə çatdırılması prioritet məsələlərdəndir.

"Azərbaycan son beş il ərzində azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri həyata keçirir. Bu baxımdan əldə olunan təcrübənin xarici ekspertlərlə bölüşülməsi vacibdir. Azərbaycanın bu sahədə kifayət qədər zəngin və unikal təcrübəsi formalaşıb və bu təcrübə gələcəkdə digər münaqişədən zərər çəkmiş bölgələr üçün də faydalı ola bilər", - deyə o vurğulayıb.

Müxbirlər - Gülay Nəzərova, Əyyub Ələsgərov
Operator - Vüsal Tağıyev
Chosen
46
1
azertag.az

2Sources