EN

Tramp yenidən İranla münasibətlərdən danışıb » AzadMedia.az

Tramp

Donald Trump: “Məsələ bunu sona çatdırıb-çatdırmayacağımızdır”

ABŞ Prezidenti Donald Trump ABŞ Sahil Mühafizəsi Akademiyasının məzunları qarşısında çıxışı zamanı İran ətrafındakı vəziyyətə qısa münasibət bildirib.

Trampın sözlərinə görə, İranın hərbi-dəniz və hərbi-hava qüvvələri demək olar ki, tamamilə məhv edilib.
“Onlarda artıq heç nə qalmayıb. Donanmaları yoxdur. Hərbi aviasiyaları yoxdur. Faktiki olaraq heç nə qalmayıb”, – deyə ABŞ prezidenti bildirib.

O əlavə edib ki, hazırda əsas məsələ ABŞ-ın prosesi sona çatdırıb-çatdırmayacağı və ya İranın razılaşma imzalayıb-imzalamayacağıdır.
“Görək nə baş verəcək”, – deyə Tramp vurğulayıb.

Chosen
19
1
azadmedia.az

2Sources