“Qəbələ” üçün oyunun keçiriləcəyi şəhərin, günün fərqi varmı? Klubun idman direktoru Səbuhi Səfiyarlı “Football-plus.az”ın sualını cavablayıb:
“Oyunun hansı şəhərdə olacağının bizim üçün əhəmiyyəti yoxdu. Mayın sonunda hava isti olur, istəyərdik ki, oyun axşam saatlarında, sərin havada keçirilsin. Bir də təbii meydançada olsa, daha yaxşıdı, zədəehtimalı azalar. PFL ilə rəsmi olmasa da, bu barədə söhbət etmişik”.
MÜZƏFFƏR QULUZADƏ