EN

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Belarus və Bryansk vilayəti istiqamətindən ölkəyə yeni hücum ssenariləri üzərində işlədiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Zelenski bu barədə videomüraciətində danışıb. O bildirib ki, məsələ təhlükəsizlik və hərbi rəhbərliklə keçirilən xüsusi müşavirədə ətraflı müzakirə olunub.

Prezidentin sözlərinə görə, iclasda hərbçilər, kəşfiyyat orqanları, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və Xarici İşlər Nazirliyinin nümayəndələri iştirak ediblər. Görüşdə xüsusilə Belarus və Rusiyanın Bryansk vilayəti istiqamətindəki vəziyyət dəyərləndirilib.

Zelenski qeyd edib ki, Moskva məhz bu istiqamətlərdən Ukraynanın şimal bölgələrinə, xüsusilə Çerniqov və Kiyev istiqamətində əlavə hücum imkanlarını nəzərdən keçirir.

Aytən Yaşar/ Turkustan.az

Chosen
45
1
turkustan.az

2Sources