EN

Avropa Çempionatı: Güləşçilərimiz finalda

ain.az bildirir, Apasport saytına əsaslanaraq.

Bu gün Bolqarıstanın Samokov şəhərində güləş üzrə U15 Avropa çempionatı start götürüb.Apasport.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə 7 çəkidə finalçılar müəyyənləşib.

Hüseyn Əmrahlı (38 kq) ermənistanlı Qor Karapetyan (9:0) və bolqarıstanlı İvan Aleksandrova (8:0) tam üstünlüklə qalib gəldikdən sonra yarımfinalda rusiyalı Ervin Sufiyanovdan güclü olub – 3:1. Hüseyn finalda estoniyalı Daniel Samuellə güləşəcək.

Xudayar Kərimov (41 kq) finlandiyalı Vilyami Kotilayneni (5:3) yarışdan kənarlaşdırsa da, 1/4 finalda bolqarıstanlı Oqnyan Burqazovla mübarizədə qolundan zədələndiyi üçün görüşü davam etdirə bilməyib.

Paşa Aslan (44 kq) belaruslu Matvey Utliklə (9:0) serbiyalı Adam Horvatı (9:1) vaxtından əvvəl xalçadan məyus yola salıb. Yarımfinalda isə gürcüstanlı Luka Saqinadzeni 5:3 hesabıyla üstələyib. Paşa finalda ermənistanlı adaşı Paşa Xudoyanla güləşəcək.

Pünhan Şahmarov (48 kq) macarıstanlı Vensel Olas (11:3), belaruslu Nazar Krişnyov (5:3) və türkiyəli Mehmet Dedeoğluna (6:0) qalib gəlib. Yarımfinalda rusiyalı Feliks Tuayevə uduzan (1:10) həmyerlimiz sabah bürünc medal görüşünə çıxacaq.

Rəsul Əhmədli (52 kq) 1/8 finalda türkiyəli Muhammed Ozenə minimal fərqlə məğlub olub – 1:2.

Sadiq Vəlizadə (57 kq) böyük britaniyalı Pol Hanlonla (8:0) türkiyəli Yusuf Sariyara (9:5) qalib gələrək adını yarımfinala yazdırıb. Sadiq finalın bir addımlığında rusiyalı Raybek Muçurayevlə bacarmayıb – 2:13.

Raul Məmmədzadə (62 kq) bolqarıstanlı Qriqor Simyonova (9:1) qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Qabriyel Tavberidzeyə (1:5) məğlub olub. Rəqib finala yüksəldiyi üçün Raul sabah təsəlliverici görüşə çıxacaq.

Final matçının təyinatları AÇIQLANDI

I Liqa: Son turun təyinatları bəlli olub

"Xankəndi"nin kapitanı: Çempionluğa əsas namizədlərdən olacağıq

Misli Premyer Liqasında mövsümün son turu rəqəmlərin gözü ilə

Premyer Liqada mövsümün gənci

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
28
21
apasport.az

10Sources