ABŞ və İran arasında danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir. Metbuat.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bu barədə açıqlama verib. İran dövlət televiziyasına danışan Bəqayi bildirib ki, Tehran Livan da daxil olmaqla bütün cəbhələrdə müharibənin dayandırılmasını, bloklanmış aktivlərin azad edilməsini və İran gəmilərinə qarşı addımların dayandırılmasını tələb edir.O qeyd edib ki, İran hazırda müharibənin başa çatmasına və ölkənin açıq şəkildə irəli sürdüyü tələblərin yerinə yetirilməsinə fokuslanıb. Bəqayi əlavə edib ki, İranın ilkin 14 maddəlik təklifi əsasında tərəflər arasında mesaj mübadiləsi aparılıb. Onun sözlərinə görə, Pakistanın daxili işlər naziri Möhsün Nəqvinin İrana səfərinin məqsədi əlaqələri asanlaşdırmaq və tərəflər arasında müzakirə olunan mətnlərə aydınlıq gətirmək olub.