EN

Tramp: Kubada eskalasiya olmayacaq...

ABŞ Prezidenti Kubadakı vəziyyətin ağır olduğunu, lakin hərbi gərginliyə ehtiyac görmədiyini bildirib...

Poliqon xəbər verir ki, ABŞ Prezidenti Donald Trump Kuba ilə bağlı mümkün eskalasiya ehtimallarına münasibət bildirib və Vaşinqtonun belə bir addıma ehtiyac duymadığını deyib.

ABŞ lideri açıqlamasında Kubadakı sosial-iqtisadi vəziyyətin son dərəcə ağır olduğunu vurğulayaraq ölkənin ciddi böhranla üzləşdiyini qeyd edib.

“Bunun lazım olduğunu düşünmürəm. Baxın, həmin yer sadəcə dağılır. İnsanların yaşamağa imkanı yoxdur. Onların qidası yoxdur. Elektrik enerjisi yoxdur. Amma onların gözəl insanları var”, deyə Tramp bildirib.

ABŞ Prezidentinin bu açıqlaması Vaşinqtonun Kuba ilə münasibətlərinə dair müzakirələrin davam etdiyi bir dövrdə səsləndirilib. Ekspertlər hesab edirlər ki, Trampın bəyanatı ABŞ administrasiyasının hazırda Kubaya qarşı sərt hərbi addımlar əvəzinə vəziyyəti siyasi və humanitar prizma üzərindən qiymətləndirdiyini göstərir.

Son illərdə Kuba iqtisadi çətinliklər, enerji böhranı və ərzaq çatışmazlığı ilə üzləşir. Ölkədə tez-tez elektrik kəsintilərinin baş verməsi və gündəlik tələbat məhsullarının qıtlığı əhalinin sosial vəziyyətinə ciddi təsir göstərir.

Poliqon.info

Chosen
112
poliqon.info

1Sources