EN

Azərbaycanın qarışıq komandası Avropa çempionatında 1/8 finala çıxdı

Antalyada keçirilən Avropa çempionatında Azərbaycanın kamandan oxatma üzrə qarışıq komandası 1/8 finala yüksəlib.

Sportinfo.az Azərbaycan Kamandan Oxatma Federasiyasına istinadən xəbər verir ki, klassik yay proqramı üzrə yarışan oxatanlar Moldova yığmasını 5:3 hesabı ilə üstələyib.

Azərbaycan təmsilçiləri sabah sözügedən mərhələdə Türkiyə millisi ilə qarşılaşacaqlar.

Azərbaycan komandasının heyətində ​Məhəmmədəli Əliyev və Fatimə Hüseynli mübarizə aparırlar.

Chosen
72
sportinfo.az

1Sources