EN

"Politico": Tramp və ailəsinin biznesini yoxlamaq qadağan edilib

Ədliyyə Nazirliyi Prezident Donald Trampın Daxili Gəlir Xidmətinə qarşı qaldırdığı iddia ilə bağlı razılığa gəlib və bununla da prezident, ailə üzvləri və onunla əlaqəli şirkətlər üzərində aparılan bütün vergi yoxlamalarına son qoyulub.

"Report"un "Politico"ya istinadən verdiyi məlumata görə, sənəd ABŞ-nin baş prokuroru vəzifəsini icra edən Todd Blanş tərəfindən təsdiqlənib.

Razılaşmaya əsasən, Daxili Gəlir Xidmətinə Tramp, onun qohumları, etibarnamələri və əlaqəli qurumlarla bağlı mövcud vergi məsələlərinin yoxlanılması birdəfəlik qadağan ediləcək.

Bu qərar vergi hüquqşünasları və mütəxəssisləri arasında kəskin reaksiyaya səbəb olub. Vergi Siyasəti Mərkəzinin keçmiş baş elmi işçisi Stiv Rozental deyib: "Mən heç vaxt belə bir şey görməmişəm".

Demokratlar artıq razılaşmanın yenidən müzakirə olunmasını tələb edəcəklərini açıqlayıblar. Onlar hesab edirlər ki, sənəd ABŞ prezidentlərinin avtomatik auditinin uzun müddətdir davam edən təcrübəsini sarsıda və Tramp üçün müstəsna hüquqi rejim yarada bilər.

Chosen
84
far.az

1Sources