EN

Futbolun ən cazibədar xanım “boss”u

Amerikalı aktrisa və Meksikanın “Nekaksa” klubunun ortaq sahibi Eva Lonqoriya “Sports Illustrated México” üçün hazırlanan yeni fotosessiyanın əsas simasına çevrilib.

Publika.az xəbər verir ki, kadrlarda Lonqoriya futbol topu ilə işgüzar obrazda poza verib. Paylaşımlar qısa zamanda böyük maraq doğurub və pərəstişkarlar şərhlərdə onu komplimentlərə qərq ediblər.

Meksikada Eva uzun illərdir futbolla əlaqəli ən cazibədar qadınlardan biri kimi tanınır. O, 2021-ci ildən “Nekaksa”nın ortaq sahibidir və klubun inkişafında fəal iştirak edir.

Fotosessiya sosial şəbəkələrdə sürətlə viral olub. Azarkeşlər isə Lonqoriyanı yenidən “futbolun ən cazibədar xanım “boss”u” adlandırıblar.

Chosen
19
2
publika.az

10Sources