EN

Pakistanlı vasitəçi Tehranda: İranla ABŞ razılaşır?

İran ABŞ tərəfindən təqdim olunan yeni təklifi nəzərdən keçirdiyini açıqlayıb.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, təklif Tehrana Pakistanın daxili işlər nazirinin vasitəçiliyi ilə çatdırılıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi dövlət televiziyasına bildirib ki, Amerika tərəfinin mövqeyi Tehrana çatdırılıb:

“Hazırda sənəd diqqətlə araşdırılır”.

O, həmçinin Vaşinqtona qarşı “böyük etimadsızlığın” davam etdiyini vurğulayıb.

Tehran danışıqların İranın təqdim etdiyi 14 maddəlik ilkin sənəd əsasında davam etdiyini bildirir. İranın əsas tələbləri arasında xaricdə dondurulmuş maliyyə aktivlərinin azad edilməsi, ABŞ-nin İran limanlarına tətbiq etdiyi blokadanın ləğvi və İran gəmiçiliyinə qarşı “dəniz quldurluğu” adlandırdığı tədbirlərin dayandırılması yer alır. ABŞ prezidenti Donald Tramp isə danışıqların son mərhələdə olduğunu deyib. O bildirib ki, ya tərəflər razılığa gələcək, ya da Vaşinqton daha sərt addımlar atacaq. Bununla yanaşı, İran rəsmiləri ABŞ-ni regionda yeni müharibə yaratmağa çalışmaqda ittiham edir və ölkənin mümkün hücumlara qarşı hazırlığını gücləndirəcəyini bəyan edirlər. Bu fonda Pakistanın vasitəçilik səyləri diplomatik həll üçün yeni imkan kimi qiymətləndirilir.

Aydın

Chosen
26
bakivaxti.az

1Sources