Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,98ABŞ dolları və ya 4,25 % azalaraq 112,32ABŞ dolları təşkil edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti 109,83 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,93 ABŞ dolları və ya 4,29 % azalaraq 109,97 ABŞ dolları təşkil edib.