Bu gün “Fars Körfəzi Boğazı Administrasiyası” Hörmüz boğazında yeni nəzarət zonasının sərhədlərini müəyyən edən bəyanat yayıb.
Sitat.info xəbər verir ki, bəyanata əsasən, zona boğazın şərq hissəsində İrandakı Mübarək dağı ilə BƏƏ-nin cənubundakı Füceyrə limanı arasında uzanan xəttdən başlayaraq, qərbdə Qeşm adasının ucu ilə BƏƏ-nin Ümm əl-Küveyn bölgəsi arasındakı xəttə qədər olan ərazini əhatə edir.
Qurum bildirib ki, bu zonadan keçən gəmilər üçün GWA ilə əvvəlcədən koordinasiya və xüsusi icazə tələb olunacaq.