EN

Tramp-Netanyahu xəttində gərginlik

ABŞ prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında İran məsələsinə görə ciddi fikir ayrılığı yaranıb.

Publika.az xəbər verir ki, ABŞ mediasına görə, tərəflər arasında keçirilən son telefon danışığı olduqca gərgin keçib.

Bildirilib ki, Netanyahu İran üzərində hərbi təzyiqin davam etdirilməsini tələb etsə də, Tramp diplomatik danışıqlara bir neçə gün daha şans verilməsinin tərəfdarı olub.

“Axios” nəşrinin yazdığına görə, danışıq zamanı Qətər və Pakistanın vasitəçiliyi ilə hazırlanan yeni sülh planı da müzakirə edilib. Mənbələr Netanyahunun telefon danışğından sonra çox əsəbi olduğunu bildiriblər. Hətta onun “qəzəbdən dəliyə dönmüş kimi” davrandığı ifadə edilib.

Mənbələrin bildirdiyinə görə, Qətər və Pakistanın vasitəçiliyi ilə hazırlanan yeni layihə çərçivəsində ABŞ və İranın rəsmi “niyyət məktubu” imzalaması planlaşdırılır. Layihə qəbul olunarsa, müharibənin rəsmi şəkildə dayandırılması və İranın nüvə proqramı ilə Hörmüz boğazının gələcəyi kimi kritik məsələlər üzrə 30 günlük yeni danışıqlar prosesinin başlanması nəzərdə tutulur.

Chosen
29
publika.az

1Sources