ABŞ-da daxili aviareyslərdən istifadə edən sərnişinlərə tibbi məqsədlə təyin olunan marixuananı daşımağa icazə verilib.
Azreform.info  xəbər verir ki, qərar ABŞ Nəqliyyat Təhlükəsizliyi Administrasiyasının (TSA) yenilənmiş tövsiyələrindən sonra qüvvəyə minib.
Yeni qaydalara əsasən, yalnız həkim resepti ilə təyin edilmiş tibbi çətənəni həm əl yükündə, həm də qeydiyyatdan keçən baqajda daşınmasına icazə verilir.
Qaydaların yenilÉ™nmÉ™si ABÅž prezidenti Donald Tramp administrasiyasının tibbi kannabisi I siyahıdan III siyahıya keçirmÉ™si ilÉ™ É™laqÉ™lÉ™ndirilir. Bununla belÉ™, marixuana federal sÉ™viyyÉ™dÉ™ hÉ™lÉ™ dÉ™ qanunsuz hesab olunur. Yeni status isÉ™ onun tibbi araÅŸdırmalarda istifadÉ™sinÉ™ imkan yaradır vÉ™ tibbi marixuananın artıq leqallaÅŸdırıldığı ABÅž-ın 40 ÅŸtatı vÉ™ Kolumbiya dairÉ™sinin qanunvericiliyinÉ™ uyÄŸun gÉ™lir.Â
TSA qeyd edib ki, təhlükəsizlik əməkdaşları məqsədli şəkildə narkotik vasitələr axtarmırlar. Lakin yoxlama zamanı qanunsuz maddə və ya hüquq pozuntusu əlamətləri aşkarlanarsa, bu barədə hüquq-mühafizə orqanlarına məlumat veriləcək.
Bununla yanaşı, yeni qaydalar yalnız tibbi məqsədlə istifadə olunan çətənəyə şamil edilir. Rekreasiya məqsədli marixuana istifadəsi bu siyahıya daxil deyil.
TSA həmçinin təyyarəyə hansı həcmdə tibbi çətənə aparılmasına icazə verildiyini dəqiqləşdirməyib. Hər bir halda yekun qərarı hava limanındakı təhlükəsizlik əməkdaşı verəcək.(lent.az)