EN

Azad edilmiş ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" layihələri əsas yer tutur - Emin Hüseynov

Azad edilmiş ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" layihələri əsas yer tutur.

Aznews.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Baş planlar elə tərtib olunur ki, əsas obyektlər bir yerdə cəmlənsin və insanlar üçün əlverişli olsun:

"Milli, mədəni və tarixi irsimizi qorunması da bərpa və quruculuq işlərində vacib yer tutur. Həmçinin müasir iş yerləri və ləayəqtli yaşayışın təmin edilməsi önəmlidir".

Chosen
13
1
aznews.az

2Sources