EN

Emin Hüseynov: Bu il daha 30 min nəfərin doğma yurdlarına qayıtması əsas hədəfimizdir

Bu il daha 30 min nəfərin doğma yurdlarına qayıtması əsas hədəfdir.

Sitat.info xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda qeyd olunan bu 3 rayonda yaşayanların ümumi sayı 50 min nəfərdən çoxdur:

"Bu il daha 30 min sakinin doğma yurdlarına qayıtması əsas hədəfimizdir. Ağdamda 4 və 5-ci yaşayış komplekslərinin, iki kəndin tikintisinin başa çatması, Füzulinin isə Dövlətyarlı və Pirəhmədli kəndlərinin tikintisinin başa çatdırılması ilə bunu təmin edə biləcəyik".

Chosen
29
8
sitat.info

10Sources