EN

Ukrayna Samarada neft emalı zavodunu vurdu

BAKI, 21 may. TELEQRAF

Rusiyanın Samara vilayətində Sızran neft emalı zavodunda PUA-nın hücumu nəticəsində yanğın baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Sənaye zonasının üzərində qara tüstünün qalxdığı bildirilib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko Sızran neft emalı zavoduna hücumu təsdiqləyib.

Sızran Samara bölgəsində ən böyük neft emalı müəssisələrindən biridir, “Rosneft”ə məxsusdur. Müəssisə benzin, dizel və aviasiya yanacağı, mazut, bitum və sair istehsal edir. Müəssisə ildə 7-8,5 milyon ton neft emal edir.

Chosen
11
teleqraf.com

1Sources